UEFA Mərdəkanda seminar keçirib

Bakının Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində UEFA-nın dəstəyi ilə gənc futbolçuların aerob (ümumi dözümlülük) inkişafı üzrə seminar keçirilib.  Bakıda səfərdə olan UEFA təlimçiləri – Loik Borye və Jan-Fransua Domerkin rəhbərlik etdiyi seminarda milli komandalarda və klublarda işləyən məşqçilərlə həkimlər iştirak ediblər. Sonda gənc futbolçular test (VAMEVAL) veriblər.