Azərbaycanlı alim beynəlxalq elmi konfransın proqram komitəsinin üzvü seçilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova bu il noyabrın 10-11-də Makedoniyanın Bitola şəhərində keçiriləcək “Müxtəlif istiqamətlər üzrə təhsil: şərtlər, problemlər, həllər və perspektivlər” beynəlxalq elmi konfransının proqram komitəsinin üzvü seçilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Makedoniya Elm və İncəsənət Akademiyasının 50 illiyinə həsr olunan konfransda metodoloji qərarlar və həllər, öyrətmə və öyrənmə strategiyaları, təhsil və tədrisin araşdırılması, təhsil və tədris prosesində İKT, təhsil və tədrisdə mediadan istifadə mövzuları üzrə müzakirələr aparılacaq.