Daşkəsəndə yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Daşkəsən rayonu, Quşçu kəndi yaxınlığında filiz mədəninin ərazisində 10 ha sahədə kol-kos və quru ot yanıb.
Yanğından yaxınlıqdakı mədən və meşə zolağı mühafizə olunub.