İmişlidə avtomobil 13 yaşlı oğlanı vurub

İmişlidə 13 yaşlı piyadanı avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Qaralar kəndində qeydə alınıb. Həmin kəndin sakini, 2004-cü il təvəllüdlü Əsədov Əsəd Ağaş oğlu yolu keçərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. 13 yaşlı uşaq müxtəlif bədən xəsarətləri ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.