“İrma” qasırğası nəticəsində Floridada 1 milyon adam işıqsız qalıb

Floridanın qərb sahillərində “İrma” qasırğanın gəlişi ilə böhranlı vəziyyət yarana bilər.

Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, bu barədə amerika televiziyasının efirində ştatının qubernatoru Rik Skott deyib.

Onun sözlərinə görə, bir sıra sahilyanı rayonlar su altında qalıb, 1 milyon adam işıqsız qalıb.

3 nəfərin həlak olduğu bildirilir – onlar qəzanın qurbanı olub.