Nazarovun komandasından qələbə

Almaniya ikinci Bundesliqasında beşinci turun oyunları keçirilir.

Astarainfo.az Qol.az-a istinadən  xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geydiyi “Aue” səfərdə “İnqolştad”ın qonağı olub.

Nazarovun 90 dəqiqə meydanda olduğu görüş komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardıcıl ikinci qələbəsini qazanmaqla xallarının sayını 7-ə çatdıran “Aue” turnir cədvəlində 9-cu pilləyə yüksəlib.