ABŞ-da baş verən 11 sentyabr terror aktlarından 16 il ötür

2001-ci ildə ABŞ-da törədilmiş 11 sentyabr terror aktlarından 16 il ötür. Bazar ertəsi kişi, qadın və uşaqlar da daxil olmaqla 2977 nəfərin ölümü ilə nəticələnən faciə qurbanlarının xatirəsi anılacaq.

Astarainfo.az”Report”-a istinadən xəbər verir ki, matəm mərasimi Manhettendə terror aktları qurbanlarının xatirəsinə ucaldılmış memorialın qarşısında başlayacaq.

Bakı vaxtı ilə 16:46-da birinci bir dəqiqəlik ümumşəhər sükutu elan olunacaq. Ardınca memorial ərazisində həzin musiqi sədaları altında bütün həlak olanların adları sadalanacaq. Sükut cəmi altı dəfə olacaq, onlar hər il elan edilir.

2001-ci ilin 11 sentyabrında “Əl-Qaidə” terror qruplaşmasından olan 19 terrorçu 4 sərnişin təyyarəsini ələ keçirib. Onlardan ikisi Ümumdünya Ticarət Mərkəzinin qoşa binalarına, daha biri Pentaqonun binasına yönləndirilib. Digər dördüncüsü isə Vaşinqton istiqamətində yönləndirilsə də Pensilvaniya ştatının Şenksvill şəhəri yaxınlığında qəzaya uğrayıb.