Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında xidmətləri olan şəxslər təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev Nghiem Vu Khainin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Nghiem Vu Khai “Tərəqqi” medalı ilə təltif edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Nguyen Vu Ha Le də “Tərəqqi” medalı ilə təltif edilib.