Azərbaycandan Rusiyaya aparılan dəfnə ağacı tingləri müsadirə edilərək yandırılıb

Rusiyanın Krasnoyarsk hava limanında Azərbaycandan gətirilən 15 ədəd dəfnə ağacı tingi müsadirə olunub.

Astarainfo.az “Report”-a istinadən  xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin məlumatında bildirlir.

Qeyd olunur ki, Xidmət mütəxəssisləri hava limanında əl baqajına baxış zamanı yüksək fitosanitarr riskli məhsul aşkar ediblər.

Müəyyən edilib ki, 15 ədəd dəfnə ağacı tingi Azərbaycandan əkilmək üçün gətirilib. Tinglər müsadirə edilərək yandırılıb.

Yük sahibi inzibati məsuliyyətə cəlb edilib.