Azərbaycanlı FİFA referisi Avropa Liqasına təyinat alıb

Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Vitoriya Gimaraynş” (Portuqaliya) – “Zalsburq” (Avstriya) görüşünü azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Astarainfo.az “Report”-a istinaəm xəbər verir ki, görüşün yan xətt hakimləri Rza Məmmədovla Zeynal Zeynalov olacaqlar. Rəhim Həsənovla Orxan Məmmədov baş hakimin əlavə köməkçiləri, Mübariz Həşimov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, matç sentyabrın 14-də “Afonsu Enrikiş” stadionunda keçiriləcək.