GUAM ölkələrinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçiriləcək.
Astarainfo.az “Report”-a istinadən xəbərinə görə, iclasa hazırlıq məsələsi Kiyevdə GUAM Milli Əlaqələndiricilər Şurasının (MƏŞ) 42-ci görüşündə müzakirə olunub.
MƏŞ həmçinin BMT Baş Assambleyasının qarşıdakı sessiyası çərçivəsində “GUAM+” formatındakı görüşlərlə bağlı məsələlərə baxıb.
Xatırladaq ki, BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışı sentyabrın 12-də gözlənilir.