“İrma” qasırğası 2-ci dərəcəyə qədər zəifləyib

“İrma” qasırğası 3-cü dərəcədən 2-ci dərəcəyə qədər zəigləyib.

Trend-in ABŞ meteorologiya xidmətiтə istinadən verdiyi məlumata görə, küləyin orta sürəti saatda 175 kilometrə qədər azalıb. Hazırda qasırğanın mərkəzi Neypls (Florida ştatı) şəhərindən keçir.

Hökumətin proqnozlarına görə, qasırğa nəticəsində 30 milyondan çox insan xəsarət ala bilər. Floridanın 6,3 milyon sakini təxliyə edilməlidir. Hazırda 114 minə yaxın insan 500 müvəqqəti sığınacaqlarda yerləşdirilib.