İsrail XİN: Azərbaycan Prezidentinin Aleksandr Lapşinin əfv edilməsinə dair qərarını alqışlayırıq

“İsrail Xarici İşlər Nazirliyi Azərbaycan hakimiyyətinin bloqqer Aleksandr Lapşinin əfv edilməsinə dair qərarını alqışlayır”. 

“Report”un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İsrail XİN-in mətbuat katibi Emmanuel Nahşon bildirib. 

Onun sözlərinə görə, nazirlik A.Lapşinin tezliklə İsrailə gəlişini təmin edəcək: “İsrail XİN Azərbaycan Prezidentinin A.Lapşini əfv etməsindən məmnundur. Biz onu tezliklə İsraildə görməyimizə şad olacağıq”.

E.Nahşon deyib ki, israilli diplomatlar bloqqerə həbsdə olduğu müddət ərzində dəstək veriblər.