İsveçrədə iki qatar toqquşub – 27 yaralı

İsveçrənin Andermatt kəndində iki qatarın toqquşması nəticəsində azı 27 nəfər xəsarət alıb.

Astarainfo.az Trend-ə istinadən məlumat verir ki, xəsarət alanlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.