Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.
Astarainfo.az “Report”un Cənub bürosuna istinadən xəbər verir ki, “VAZ-2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 2-si yaralanıb.
Ölən “VAZ”ın sürücüsüdür. “Mercedes”in sürücüsü isə xəsarət alıb. Digər yaralının hansı maşında olduğu bilinmir. Yaralılar xəstəxanaya yerləşdirilib.