Uşaq paralimpiyaçılarımız Vətənə qələbə ilə döndü

Azercell-in dəstəyilə Uşaq Paralimpiya Komitəsi boççia üzrə Moskvada keçirilən beynəlxalq yarışda 3-cü yeri qazandı.

Azercell Telekom MMC-nin artıq bir neçə ildir ki, yaxın dəstəyi ilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsinin idmançıları ölkəmizi daha bir beynəlxalq yarışda uğurla təmsil etdi. Uşaq paralimpiyaçılarımız bu dəfə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş boççia idman növü üzrə beynəlxalq turnirdə güclərini sınadılar. Belə ki, İngiltərə, Rusiya, Polşa, Çexiyadan olan güclü komandaların qatıldığı yarışda Uşaq Paralimpiya Komitəsinin idmançıları turnirin ən azyaşlı iştirakçıları oldu. Dəfələrlə müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edən paralimpiyaçılarımız bu dəfə də uğurla çıxış edərək komanda hesabında 3-cü yerə çıxdılar.

Qeyd edək ki, Azercell Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmağa çalışır. Şirkətin sponsorluğu ilə 2014-cü ildən fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi ölkəmizin müxtəlif ərazilərindən uşaq və gəncləri öz ətrafına toplayıb, onlara idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı bəxş edib.

Azercell Azərbaycanda fəaliyyət göstərdiyi 20 ildən artıq müddət ərzində kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi üçün çalışıb və bundan sonra da bu sahədə öz diqqət və qayğısını əsirgəməyəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.