Astarainfo.az xəbər verir ki, sentyabrn 12-də Astara rayon Mərkəzi Kitabxanası və Azərbaycan Respublikası İnsan hüquqlari üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad regional mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzi Kitabxanada “Sülh və Əmin Amanlıq” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası İnsan Hüquqaları üzrə Müvəkkilini  Cəlilabad bölgəsi üzrə nümayəndəsi Ziya İsmayılov, Astara rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Tural Eyvazov,” Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızı və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tural Eyvazov bildirib ki, əbədi mövzu olan sülh mövzusu bu gün torpaqlarının 20%- i işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçündə xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülh sevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz  Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduğu ev-eşiklərdən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illər ərzində Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Ümummilli lider Heydər Əliyevin sülhün və əmin-amanlığın əldə olunması istiqamətindəki əvəzsiz xidmətləri bütün dünya xalqları tərəfindən yüksək qiymətləndirilmişdir. Ulu öndərin sülhsevər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.

Daha sonra   Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin( Ombudsman) Cəlilabad rayonu üzrə nümayəndəsi Ziya İsmayılov “Sülh və Əmin Amanlıq” mövzusunda geniş məruzə ilə cıxış etmişdir. O, Sülh gününün təsis olunmasının tarixi və əhəmiyyəti barədə məlumat vermiş, eyni zamanda Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə  hər il olduğu kimi bu ildə avqustun 21-dən sentyabrn  21- dək ölkəmizdə Sülh aylığının keçirilməsinin elan edildiyini diqqətə çatdırmışdır.

Tədbir iştirakçılarına Sülh və Əmin Amanlıq şəraitində yaşadığı ölkəmizdə İnsan Hüquqlarının müdafiəsi, habelə əlilliyi olan şəxslərin, o cümlədən bu qəbildən olan uşaqların hüquqularının təmin olunması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlər, eləcədə Ombudsmanın bu sahədə ki, fəaliyyəti barədə məlumat vermişdir.

Tədbirdə çıxış edən  “Astara “ qəzetinin baş redaktoru Fəridə Söhrabqızı   bildirmişdilər ki, sülh və sabitlik inkişafın təməlidir. Bu proses hər bir ölkədə və regionda, onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünə məxsus şəkildə inkişaf etdirirlir. Sülh bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitə olmaqla yanaşı, həmdə BMT-nin ali vəzifəsidir. Çox təəssüf ki, hələ də bəşəriyyətin tam təhlükəsizliyi təmin olunmayıb. Ayrı-ayrı regionlarda, ümumilikdə isə dünyanın bir çox bölgələrində münaqişələr davam etməkdə  günahsız uşaqlar və gənclər odsaçan silahların qurbanlarına çevrilməkdədir. Bu mənada, sülhün günü olmur, çünki o, insanlığa hər gün lazımdır.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.