Florida küçələrində balıqlar üzür

Atlantik okeanında müşahidə olunan qasırğalar arasında ən dəhşətlisi hesab olunan İrma fəlakəti ABŞ-ın Florida ştatını suyun dibinə batırıb.

İnternetdə yayılan kadrlarda şəhərin küçələrində üzən balıqlar təsvir olunub. Küçə boyunca üzən balıqlar maraqlı mənzərə yaradıblar.

ABŞ rəsmiləri əhaliyə xəbərdarlıq etməyə davam edir. Təbii hadisələr nəticəsində 30 milyondan çox insan zərər çəkib.

Ən təhlükəli mərhələyə çatan qasırğa ilə əlaqədar ərazi təbii fəlakət zonası elan edilib