Gəncədə “RAF” yanaraq sıradan çıxıb

Gəncə şəhərində avtomobil yanaraq yararsız hala düşüb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında baş verib.

Dövlət nömrə nişanı 57-BM-578 olan “RAF” markalı avtomobil qəfildən alışıb. Alov qısa müddətdə avtomobilin digər hissələrini bürüyüb.

Hadisə zamanı sürücü yüngül xəsarət alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə biriqadası cəlb olunub və alov söndürülüb.

Faktla bağlı araşdırma aparılır.