Almaniyanın ən böyük hava yolları şirkəti olan “Air Berlin” bu gün həyata keçirilməsi nəzərdə tutulan 70 uçuşu ləğv edib.

Astarainfo.az Publika.aza istinadən xəbər verir ki,  Uçuşların ləğvinə səbəb pilotların səhhətində yaranan problemlər olub.

Ləğv edilən uçuşlar arasında Berlin Tegel, Düsseldorf, Hamburq və Köln hava limanlarına nəzərdə tutulan reyslər də olub.

Hazırda iflasa uğrayan və satışa çıxarılan şirkətin 70 pilotunun eyni anda xəstələnməsi şübhə doğurub. Ləğvlərin pilotlarla deyil, satışla bağlı olması ehtimal edilir.