Neymarın təqdimatını Braziliyada izləyənlərin sayı açıqlanıb

PSG-nin prezidenti Naser əl-Xəlaifi Neymarın təqdimat mərasiminə Braziliyada baxan insanların sayını açıqlayıb. Astarainfo.az Goal.az-a istinadən  xəbər verir ki, qətərli funksioner məlumatı “Globo TV” kanalından götürdüyün deyib.

“Mən “Globo TV”nin sahibi ilə danışdım. Məndən xahiş etdi ki, Braziliyada Neymarın PSG futbolçusu kimi təqdimatını neçə nəfərin izlədiyini tapım. Əvvəlcə 5, daha sonra 10 milyon dedim. O isə bu rəqəmin 85 milyon olduğunu bildirdi. Söhbət 1 futbolçunun təqdimatından gedir. Tamaşaçı sayı məni təəccübləndirdi”.