Ölkəyə 5 662 ədəd avtomobil idxal olunub

Bu ilin yanvar-avqust aylarında Azərbaycana ümumilikdə 5 662 ədəd avtomobil idxal olunub. Trend-in məlumatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 2 208 ədəd və ya 63,92% artıb.

Dövlət Gömrük Komitəsinin təqdim etdiyi məlumata görə, bu avtomobillərin 134-ü 10 nəfər və ya daha çox adam daşımaq üçün olan avtomobillər, 4 874-ü minik avtomobilləri, 603-ü yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələri, 51-i isə xüsusi təyinatlı nəqliyyat vasitələridir.