“Ölkə.Az” xəbər verir ki, İsveçin Melaren gölü yaxınlığında tapılan Skandinaviya sərkərdəsinin qalıqları qadına aiddir. Bu barədə məqalə “American Journal of Physical Anthropology” jurnalında nəşr edilib.
Sümük qalıqları qədim Birka şəhərinin ərazisində tapılıb. Bu şəhər 800-975-ci illərdə İsveç vikinqlərinin ən iri ticarət mərkəzi olub.
Qəbirdə sərkərdə ilə yanaşı silah, qılınc, ox, at sümüyü və dəf olub. Əvvəlcə qəbirin kişiyə məxsus olduğu düşünülürdü. Amma morfoloji xüsusiyyətlər döyüşçünün qadın olduğuna işarə edirdi.
Alimlər vikinq sümüyündən götürülən hüceyrələr üzərində DNK analizi aparıblar. Məlum olub ki, döyüşçünün genlərində Y kişi xromosomu olmayıb. Bunun əvəzinə iki X xromosomu tapılıb