Ağdamın “Qarabağ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər liqasının “C” qrupunda İngiltərənin “Çelsi” klubu ilə oyun üçün start heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, “Qarabağ” U-19 komandasının start heyətində Məmməd Hüseynov, Yusif Həsənov, Elçin Əsədov, Turan Manafov, İbrahim Hüseynov, Oliver Stoymenovski, Süleyman Əhmədov, Zaur Fərzəliyev, İbrahim Qədirzadə, Boyan Miovski və İbrahim Əliyev yer alacaq.

Qeyd edək ki, matç bu gün Bakı vaxtı ilə saat 16:05-də başlayacaq.