“Real” hücumçusunun qiymətini 1 milyarda yüksəldəcək

“Real Madrid” fransalı hücumçu Kərim Benzema ilə yeni müqavilə imzalayacaq. Onun 2019-cu ildə başa çatacaq müqaviləsinə daha 2 il əlavə olunacaq. Benzemanın buraxılış qiyməti 1 milyard avro müəyyən ediləcək. Bu barədə “France Football” nəşri məlumat yayıb. 29 yaşlı forvard 2009-cu ildən “Real”ın şərəfini qoruyur. Madrid klubunun heyətində 371 oyuna çıxan futbolçu 182 qol, 104 məhsuldar ötürmə ilə yadda qalıb.