Tramp noyabrda Çinə səfər edəcək

Bu ilin noyabrında ABŞ prezidenti Donald Tramp Çinə rəsmi səfər edəcək.

“Report” “Qazeta.Ru”ya istinadən xəbər verir ki, Ağ Evdə bu məlumatı şərh etməkdən imtina ediblər.

Çin Xalq Respublikasının sədri Si Tsinpin ABŞ-a aprel ayında səfəri zamanı Amerika prezidentini Çinə dəvət edib.

“Bloomberg” agentliyi bildirir ki, Çin lideri ilə görüşdən sonra Tramp onun haqqında çox səmimi danışıb, lakin sonradan Pekinin ticarət siyasətinin ünvanına tənqidlərə qayıdıb.