Türkiyədən “Qarabağ”ımıza dəstək – VİDEO

Qardaş ölkədən “Qarabağ”ımıza fərqli formatda dəstək gəlib. 

Oxu.Az xəbər verir ki, Türkiyəli reperlər Yunus Emre və Frekans “Qarabağ”ımız haqda “Yürü Qarabağ” adlı rep bəstələyib.

“Ağdamalılar” öz feysbuk səhifəsində rep videosu və təşəkkür mesajını paylaşaraq qarşılıq verib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi “Qarabağ FK” “Stemford Bric” stadionunda “Çelsi”nin qonağı olacaq. Qarşılaşma Bakı vaxtıyla saat 22:45-də start götürəcək.