Xətai rayonunda yaşayış binasında yanğın baş verib

Xətai rayonunda 27 mənzildən ibarət, hər mərtəbəsi 400 kvadratmetr olan, ikimərtəbəli qamışdan ibarət yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın 1-ci mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan mənzilin 1 otağı, 2 otaqlı mənzilin 1 otağının 5 kvadratmetri yanıb. Bundan başqa binanın ikinci mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan 2 otaqlı mənzilin 1 otağı 15 kvadratmetr sahədə və digər 2 otaqlı mənzilin 1 otağının bir hissəsi yanaraq yararsız vəziyyətə düşüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.