Aİ-nin Cənubi Qafqaz üzrə sabiq nümayəndəsi səfir təyin olunub

Avropa İttifaqının (Aİ) Cənubi Qafqazüzrə sabiq xüsusi nümayəndəsi Herbert Salber Almaniyanın Bolqarıstandakı səfiri təyin olunub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan sabiq xüsusi nümayəndə bu postda sələfi Detlef Linqemanı əvəz edib. 

Qeyd edək ki, H. Salber 2014-cü ildən 2017-ci ilin avqustunadək Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsini tutub. Bundan əvvəl isə 63 yaşlı diplomat Almaniyanın NATO və Brüsseldəki daimi nümayəndəsinin müavini postunda çalışıb.