“Juventus”un baş məşqçisi Massimiliano Alleqri “Barcelona” ilə oyunda (0:3) azarkeşlərə qarşı qeyri-etik jest edən Qonzalo Hiquain barədə danışıb. Astarainfo.az Goal.az-a istiadən xəbər verir ki, italyan mütəxəsis onun emosiyaları saxlaya bilməməsi barədə bunları qeyd edib:
“Qonzalo oyuna yaxşı başladı. Amma biraz rahat olması lazımdır. Çünki hərdən həyəcan keçirməyə başlayır və başını itirir. Barselonaya gəlib “Camp Nou”da üstün oyun göstərəcəyini düşünməməlisən”.
Hiquain 87-ci dəqiqədə Fabio Kaliqaru ilə əvəzlənib. O, meydandan çıxarkən katalon azarkeşlərə təhqiramiz jest göstərmişdi.