Almaniyada reyslər yenə təxirə salınır – Pilotlar “xəstədir”

Almaniyada ötən ay müflisləşdiyini elan etmiş “Air Berlin” aviaşirkəti pilotların kütləvi xəstəliyi ilə əlaqədar 32 reysini təxirə salıb.

Trend-in məlumatına görə, ötən gündən başlayaraq aviaşirkətdə çalışan pilotalar xəstə olduqlarını bildirərək işə çıxmayıblar.

Qeyd edək ki, dünən 200-ə yaxın pilot işə çıxmadığına görə 110-dan çox reys təxirə salınmışdı.

Hazırda 150 pilotun xəstə olduğunu bildirməsi barədə məlumat verilir.

Pilotların bu addımı tətil kimi də dəyərləndirilir.

Xatırladaq ki, ötən ay “Air Berlin” müflisləşmə prosedurunu işə salmışdı.