“Apple” şirkəti “iPhone 8” və “iPhone 8 plus” modellərini təqdim edib

“Apple” korporasiyası sentyabrın 12-də Kaliforniya ştatının Kupertino şəhərində yeni “iPhone 8” və “iPhone 8 plus” modellərini təqdim edib.

AZƏRTAC xəbər verir ki, yeni smartfonlar şüşədən hazırlanmış arxa örtüyə malikdir və üç rəngdə – gümüşü, çəhrayı və boz rənglərdə hazırlanıb. Smartfonlar toza və suya davamlıdır.

“iPhone 8” modeli 699, “İphone 8 plus” isə 799 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır