AŞPA həmməruzəçiləri Azərbaycana gəliblər

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) Azərbaycana səfərə gəliblər.

Trend-in məlumatına görə, həmməruzəçilər Bakıya səfərləri çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, o cümlədən müxtəlif dövlət qurumları ilə görüşlər keçirəcəklər.

Həmməruzəçilər həmçinin vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəklər.