“Azərbaycan Dəmir Yolları” iki tenderin müddətini yenidən uzadıb

Azərbaycan Dəmir Yolları” QSC elektrik qatarlarına bilet satışı sistemi üçün lazım olan avadanlıqlar (lot-1) və elektron gediş kartlarının tətbiqi üçün avadanlıqların (lot-2) alınması ilə əlaqədar 29 iyul və təkrar 8 avqust tarixlərində elan etdiyi açıq tenderdə iştirak etmək üçün sənədlərin təqdim edilməsi müddətini 21 sentyabr saat 18:00-dək uzadıb. Tender təklifi və bank zəmanəti 28 sentyabr saat 18:00-dək təqdim olunmalıdır.

“Report” xəbər verir ki, iddiaçıların təklifləri 29 sentyabr saat 11:00-da açılacaq.

Bundan başqa, “Azərbaycan Dəmir Yolları” QSC-nin “Yanacaq və sürtkü yağları təminatı” müəssisəsi dizel yağının M14 D2 (APİ CF/Cf-2) alınması ilə əlaqədar 5 avqust və təkrar 23 avqustda elan olunan açıq tenderdə iştirak etmək üçün sənədlərin təqdim edilməsi müddətini , 21 sentyabr saat 18:00-dək, tender təklifi və bank zəmanətinin təqdim edilməsi müddətini isə 28 sentyabr saat 18:00-dək uzadıb.