“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 15 sentyabr – Bilik Günü ilə əlaqədar daha bir sosial layihə həyata keçirəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, sentyabrın 15-də metropoliten əməkdaşları məktəblilərlə görüşəcək. Görüş zamanı balaca məktəblilərə hədiyyələr təqdim ediləcək.
Metropoliten rəsmisi deyib: “Görüş sentyabrın 15-də səhər saat 11:00-da metronun “28 may” stansiyasından başlanacaq. Metropoliten əməkdaşları həmin gün əksər metro stansiyalarında olacaq və balaca məktəbliləri sevindirəcək”.