Beynəlxalq Valyuta Fondunun missiyası Azərbaycana gələcək

2017-ci ilin dekabr ayının birinci yarısında Azərbaycana Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası səfər edəcək.

Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Fondun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib.

O qeyd edib ki, missiyanın məqsədi Azərbaycanın 2018-ci il dövlət büdcəsi və ölkədə aparılan iqtisadi islahatların yekunu üzrə müzakirələrin aparılmasıdır.