Dövlətimizin əsas məqsədi Azərbaycan gənclərinin intellektual potensialını gücləndirməkdir

və Azərbaycanda elə bir vətəndaş yoxdur ki, bununla bağlı gözəl duyğular yaşamasın.

Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının gənclərə diqqət və qayğısı çox yüksəkdir. Partiya onların problemləri ilə yaxından maraqlanır və sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atır. Yarım milyondan çox üzvü olan partiyanın 40 faizini məhz gənclər təşkil edirlər. Azərbaycanın gələcəyi gənclərdən asılıdır. Dövlətimizin başçısının gənclərin rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlər böyük rəğbətlə qarşılanır.

Sonra çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, Azərbaycan gənclərinin böyük hissəsi tələbələrdir. Bütün cəmiyyətlərdə o

lduğu kimi, bizim cəmiyyətdə də belədir. Tələbəlik illəri insan həyatının ən maraqlı illərindəndir. Tələbələr ölkəmizin ictimai-siyasi həyatında fəal olmalıdırlar. Bizim tələbələrimizin böyük potensialı var.

Ş.İsmayılov Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Sonda tələbələrin sualları cavablandırılıb.