Ermənistan ərazilərimizdə növbəti dəfə təlimlərə başlayıb

Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan ərazilərində növbəti təlimlərə başlayıb

Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti irimiqyaslı təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bağmanlar adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriyadan, zirehli texnikalardan istifadə olunur.

Ağır artilleriyadan açılan atəş səsləri Ağdamın işğal altında kəndlərində, ətraf Ağcabədi və Bərdə rayonlarında aydın eşidilir.