Floridanın qocalar evində qasırğa nəticəsində 5 nəfər ölüb

ABŞ-ın Florida ştatında yerləşən və bazar günü baş verən “İrma” qasırğası nəticəsində işıqsız qalan qocalar evində ən azı 5 nəfər həyatını itirib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Brouard dairəsinin meri Barbara Şeriyef bildirib.

“Məndə olan məlumata görə, ümumilikdə bir müəssisədə 5 nəfər ölüb. Onlardan üçü müəssisədə, digər ikisi isə xəstəxanada keçinib. Bizə onların hansı səbəbdən öldüyünü hələ deməyiblər”, – deyə Şeriyef mətbuat konfransı zamanı qeyd edib.

Polis və yanğın xidməti əməkdaşları yerli 7WSVN telekanalına bildiriblər ki, qocalar evindən 120 nəfər təxliyyə edilib.