Gürcüstanda yaşayan müsəlmanlar Rohingiya qətliamı ilə əlaqədar etiraz aksiyası keçiriblər

Aksiyada iştirak edən Gürcüstandakı Babtist kilsəsinin yepiskopu Malxaz Şanqulaşvili deyib ki, Myanmada müsəlmanların qətlə yetirilməsi insanlığa qarşı cinayətdir. Bu cür cinayətlərə son qoyulmalıdır. Biz müsəlmanlarla qardaşıq və həmişə belə də olacaq.

İmam Əli məscidin axundu, tədbirin təşkilatçılarından biri Hacı Hacıyev deyib ki, məqsəd müsəlmanlara qarşı törədilən cinayətlərə son qoyulmasına nail olmaqdır.

Aksiya iştirakçıları sonra BMT-nin Tbilisidəki iqamətgahına qədər yürüş ediblər. Nümayəndəliyə etiraz aksiyası keçirdiblər.

Gürcüstanda yaşayan müsəlmanlar sentyabrın 13-də Tbilisidə, parlamentin binası önündə etiraz aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları Myanmada müsəlmanların qətlə yetirilməsinə etiraz edib, dünya birliyini bu məsələyə diqqət yetirməyə çağırıblar. Əllərində “Müsəlmanların soyqırımına son” yazılmış plakatlar tutan insanlar “Müsəlmanların qətliamına son qoyulsun”, “Bütün insanlar qardaşdırlar”, “Dini ayrı-seçkiliyə son” şüarları səsləndiriblər.

Aksiyada iştirak edən Gürcüstandakı Babtist kilsəsinin yepiskopu Malxaz Şanqulaşvili deyib ki, Myanmada müsəlmanların qətlə yetirilməsi insanlığa qarşı cinayətdir. Bu cür cinayətlərə son qoyulmalıdır. Biz müsəlmanlarla qardaşıq və həmişə belə də olacaq.

İmam Əli məscin axundu, tədbirin təşkilatçılarından biri Hacı Hacıyev deyib ki, məqsəd müsəlmanlara qarşı törədilən cinayətlərə son qoyulmasına nail olmaqdır.

Aksiya iştirakçıları sonra BMT-nin Tbilisidəki iqamətgahına qədər yürüş ediblər. Nümayəndəliyə etiraz bəyantı təqdim edilib.

 

.