İnsanın dəri hüceyrələri texnika vasitəsilə motor neyronlara çevrilib

ABŞ-ın Vaşinqton Universitetinin alimləri insanın dəri hüceyrələrini kök hüceyrə vəziyyətinə gətirmədən birbaşa motor neyronlara çevirə biliblər.

AZƏRTAC “Cell Stem Cell” dərgisinə əsasən xəbər verir ki, tədqiqatçılar 20-60 yaş arası sağlam insanların dəri hüceyrələrini texnika vasitəsilə kök hüceyrə halına döndürmədən birbaşa motor neyronlara çeviriblər.

Elm adamları texnika sayəsində insanın sinir sisteminə aid motor neyronların laboratoriya şəraitində araşdırılmasının mümkün ola biləcəyini qeyd ediblər. Alimlər texnikanın yan amiotrofik skleroz kimi motor neyron xəstəlikləri haqqında daha ətraflı məlumat verməyə imkan yaradacağına inanırlar.