Şəmkirdə gənc oğlanı maşın vurub

Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında baş verib.

Hadisə təqribən 20-25 yaşlı Məmmədov Mübariz Məmməd oğlu yolu keçmək istəyən zaman baş verib. Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.

Fakta bağlı araşdırma aparılır.