SON DƏQİQƏ! Bu aviaşirkət müflis elan edildi

Rusiyada Sankt-Peterburq Arbitraj Məhkəməsi “Transaero” aviaşirkətini müflis elan edib və şirkətdə müsabiqə icraatının başlaması barədə qərar verib.

Trend-in məlumatına görə, bir neçə gün əvvəl şirkətin kreditorları müsabiqə icraatının başlaması üçün səs vermişdilər.

Qeyd olunur ki, “Transaero” şirkəti hələ 2015-ci ilin sonunda 4,3 milyard dollardan çox borc və öhdəlikləri yerinə yetirə bilməyəcəyini bildirmişdi. Bundan sonra şirkətin sertifikatı həmin ilin oktyabrında geri çağırılmışdı.