Tatar hərfləri ilə klaviatura yaradıldı

Tatarıstanın paytaxtı Kazanda “Teoriya” dizayn studiyası “Basma” adlanan tatarca ilk klaviaturanı yaradıb. 

İKT.lent.az-ın “Tatar-İnform” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu klaviaturaya Ә, Ң, Җ, Ө, Ү, Һ kimi tatar əlifbasının hərfləri əlavə edilib.

Tatarıstandan olan tərtibatçıların bu məhsulu klaviaturada dil problemini aradan qaldıracaq. Çünki yeni klaviaturada ingilis, rus və tatar şriftində mətni keçid etmədən yığmaq mümkün olacaq. 

İstifadəçilərin rahatlığı məqsədilə nöqtə və vergül üçün ayrıca düymələr yaradılıb. Bu klaviaturanı istehsala buraxmaq üçün 1 milyon rubl vəsait tələb olunur. Studiya bu vəsaiti kraudfandinq portalında yığmağa çalışacaq.

Qeyd edək ki, tatar dili Tatarıstan Muxtar Respublikasında ikinci dövlət dili hesab edilir və məktəblərdə tədris olunur.