“YARAT”da İndoneziyalı sənətkarlarla görüş

“YARAT” Müasir İncəsənət Mərkəzində İndoneziyanın məşhur musiqiçi və rəssamları ilə görüş keçirilib.

 Tədbir çərçivəsində tədbir iştirakçıları İndoneziyanın zəngin mədəniyyəti və incəsənəti ilə qiyabi şəkildə yaxından tanış ola biliblər.

Tədbirdə İndoneziyanın “KunoKini” qrupu tərəfindən hazırlanmış musiqi performansı və “G4 studio”nun yaratdıqları mural art (divar, tavan və digər iri həcmli sahələrdə müasir naxış və rəngkarlıq sənəti) nümunələri təqdim olunub. Eyni zamanda, qonaqlara sözügedən ölkənin mədəniyyəti ilə bağlı məlumatlar verilib.

Qeyd edək ki, görüş Bakıda keçirilən ikinci İndoneziya Mədəniyyəti Festivalı çərçivəsində gerçəkləşib.

AZƏRTAC