Yovetiç: “Bu kluba Mbappeni əvəzləməyə gəlməmişəm”

“Monaco”nun hücumçusu Stevan Yovetiç yeni komandası barədə danışıb. Astarainfo.az  Goal.az-a istinadən  xəbər verir ki, çernoqoriyalı forvard bunları deyib:

“Üzərimdə təzyiq hiss etmirəm. Sadəcə oyundan həzz almaq, sevinmək istəyirəm. Bu kluba heç kimi, o cümlədən Mbappeni əvəzləmək üçün gəlməmişəm. Özümü yaxşı tərəfən göstərib komandama kömək etmək istəyirəm. Məqsədim qollar vurmaqdır.

Ötən yay “İnter”də idim, nə olacağını düşünürdüm. Rəfiqəmlə danışdım. “Monaco”dan mənə niyə zəng gəlmir?” – dedim. Səhəri gün agentim zəng edib “moneqasklar”ən mənlə maraqlandığını dedi. Bu təklifə şad oldum və uzun zaman düşünmədim”.