“Əli və Nino” filmi Barselonanın kinoteatrlarında nümayiş olunacaq

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” filmi İspaniyanın Barselona şəhərindəki kinoteatrlarda nümayiş olunacaq.

“Report”un məlumatına görə, ekran əsərinin nümayişləri sentyabr ayının 15-dən başlayacaq və bir həftə davam edəcək.

Film Barselonadakı “Icaria Yelmo Cineplex” və “Comedia” kinoteatrlarında göstəriləcək.