Astarada 32 yaşlı kişi qətlə yetirilib.
Astarainfo.az xəbər verir ki, hadisə Astaranın Ərçivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1985-ci il təvəllüdlü Ağarəhim Abdulrəhim oğlu Kərimov həmkəndlisi Əfqan adlı şəxs tərəfindən bıçaqlanıb. Dərhal yaralı Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyata götürülən A.Kərimov həkimlərin səyinə baxmayaraq keçinib. Hadisəni törədən şəxsin saxlanıldığı deyilir.