AzTV-nin məşhur aparıcısına vəzifə verildi

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində növbəti kadr dəyişiklikləri olub.

Sədr Arif Alışanov qurumun nəzdində fəaliyyət göstərən Mədəniyyət televiziyasının “Xəbərlər” departamentinin baş redaktoru Lalə Məmmədovanı və onun müavini Aygün Budaqovanı vəzifələrindən azad edib.

“Xəbərlər”in baş redaktoru vəzifəsinə isə AzTV-nin “Xəbərlər” proqramının aparıcısı, tanınmış jurnalist Dilarə Səlim təyin edilib