Belarus və Azərbaycan Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək

Sentyabrın 19-da və 22-də Belarus və Azərbaycan Xarici İşlər nazirlikləri arasında beynəlxalq hüquq məsələləri üzrə məsləhətləşmələr keçiriləcək.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Dmitri Mironçik məlumat verib. İclasda tərəflər arasında mövcud beynəlxalq, dövlətlərarası, hökumətlərarası müqavilələr müzakirə ediləcək.

Eyni zamanda, hər iki ölkənin nazirlikləri arasında müqavilə hüquq xidmətlərinin işinin təşkili sahəsində təcrübə mübadiləsi aparılacaq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq yolları təhlil ediləcək.